Britaniya və Fransa enerji böhranının nəticələrinə qarşı birgə mübarizə aparacaq

Britaniya və Fransa enerji böhranının nəticələrinə qarşı birgə mübarizə aparacaq Böyük Britaniyanın baş naziri Liz Trass Fransa prezidenti Emmanuel Makronla ilk telefon danışığı aparıb.
Bu barədə Britaniya baş nazirinin mətbuat xidməti bildirib.
Məlumata əsasən, telefon danışığı zamanı onlar iki ölkənin qlobal enerji böhranının nəticələrinə qarşı birgə mübarizəni davam etdirəcəkləri barədə razılığa gəliblər.
Qeyd olunub ki, London və Paris müdafiə sahəsində əməkdaşlığı davam etdirəcək.

Tehsil-press.az


Oxşar xəbərlər