İtaliyada dəmiryolçular tətil ediblər

İtaliyada dəmiryolçular tətil ediblər İtaliyada dəmir yolu işçiləri onlara qarşı zorakı hücumlara etiraz əlaməti olaraq tətil elan ediblər.
8 saatlıq tətil ölkə üzrə bütün qatarları əhatə edib. Bu səbəbdən istər uzun məsafəli, istərsə də qısa məsafəli çox sayda qatarların hərəkəti dayandırılıb. Bu, xüsusilə də Roma, Milan, Turin və Neapol kimi böyük şəhərlərdə nəqliyyatın hərəkətinə mənfi təsir göstərib.
Həmkarlar ittifaqları son aylarda dəmiryolçulara qarşı edilən hücumlardan sonra qatarlarda təhlükəsizliyin artırılmasını tələb ediblər.
Xatırladaq ki, sentyabrın 2-də Berqamo şəhərində qatar nəzarətçisi sərnişin tərəfindən fiziki təzyiqə məruz qalıb və xəstəxanaya yerləşdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər