Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibədə 30 nəfər uğur qazanıb

Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibədə 30 nəfər uğur qazanıb İyirmi dövlət orqanında mövcud olan 73 vakant vəzifə üzrə avqustun 29-dan başlanan ümumi müsahibə davam edir.
Elana çıxarılan vəzifələr üzrə 324 nəfər müraciət edib. Bu gün saat 14:25-ə olan məlumata görə, 30 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibə sentyabrın 29-da başa çatacaq.
Xatırladaq ki, iyulun 13-də elan olunmuş ümumi müsahibəyə sənəd qəbulu avqustun 11-də yekunlaşıb.

Tehsil-press.az


Oxşar xəbərlər