Dövlət qulluğu üzrə daxili müsahibədə 14 namizəd uğur qazanıb

Dövlət qulluğu üzrə daxili müsahibədə 14 namizəd uğur qazanıb On bir dövlət orqanında mövcud olan 22 vakant vəzifə üzrə fevralın 1-dən başlanan daxili müsahibələr davam edir.
Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 49 namizəddən 38-nin müsahibədə iştirakına razılıq verilib.
Ən yüksək müsabiqə vəziyyəti Qida Təhlükəsizliyi Agentliyi, aparat, rəhbərlik, dövlət orqanı rəhbərinin köməkçisi (1 vakant yer üzrə 20 namizəd), İqtisadiyyat Nazirliyi, beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsi, şöbə müdiri (1 vakant yer üzrə 5 nəfər) vəzifələri üzrə yaranıb. Bu gün saat 14:25-dək olan məlumata görə, müsahibələrdə 14 nəfər uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibələrin fevralın 15-dək keçirilməsi planlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər