Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan HES - SO Ali idarəetmə və iqtisadiyyat məktəbinin magistratura mərkəzinin direktoru Lukas Başunqun və koordinator Virtz Yuliyanın rəhbərliyi ilə 15 isveçrəli tələbə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təcrübə keçir.
Sentyabrın 24-dək davam edəcək təcrübə proqramının ilk günündə Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinin əməkdaşı Nərgiz Hacıyevanın müşayiəti ilə isveçrəli tələbələr və nümayəndə heyəti üçün kampus turu təşkil edilib. Qonaqlar Karyera Mərkəzi, 24/7 kitabxana, “Bloomberg” laboratoriyası, UNEC Ekstern Mərkəzi, auditoriyalarla tanış olublar.
Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı ilə görüşdə isveçrəli nümayəndələrə UNEC-in beynəlmiləlləşmə siyasəti, tədqiqat mühiti, beynəlxalq layihə və proqramları barədə məlumat verilib.
Sonra nümayəndə heyəti UNEC Biznes Məktəbinin direktoru dosent Nazim Hacıyev və İqtisadiyyat və biznesin idarə edilməsi kafedrasının müdiri dosent Sevər Məmmədova ilə işgüzar görüşdə iştirak ediblər. Görüş zamanı Nazim Hacıyev UNEC və HES-SO arasında MBA proqramı üzrə ikitərəfli əməkdaşlıq münasibətlərinin qurulmasından, UNEC-in MBA üzrə ixtisasları və yeni proqramlarından danışıb.
İsveçrəli qonaqlar Rus İqtisad Məktəbinin direktoru dosent Mənsur Bərxudarovla görüşərək, RİM tələbələri üçün bir semestrlik rus dilində HES-SO və UNEC arasında təqaüdlü mübadilə proqramının açılması, Koqnitiv İqtisadiyyat Mərkəzi ilə HES-SO Neyro-Marketinq Mərkəzi arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirə aparıblar.
Qeyd edək ki, UNEC Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan HES - SO Ali idarəetmə və iqtisadiyyat məktəbi ilə əməkdaşlıq edən ilk və yeganə Azərbaycan universitetidir.
İlk dəfə təşkil olunan intensiv təcrübə proqramı zamanı HES-SO tələbələri yerli və xarici şirkətlər və institutlardan dəvət olunan ekspertlərin məruzələri zamanı Azərbaycanın İsveçrə bazarındakı rolu, Azərbaycan-İsveçrə iqtisadi əlaqələri, İsveçrə müəssisələri üçün Azərbaycan bazarının cəlbediciliyinin qiymətləndirilməsi, biznes mühiti, xarici ticarət, yaşıl enerji siyasəti və Azərbaycanın yaşıl iqtisadiyyat sahəsində həyata keçirdiyi tədbirlərlə bağlı dəyərli biliklər əldə edəcəklər.
Tehsil-press.az