Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Rusiyanın Milli Tədqiqat Universitetinin Ali İqtisad Məktəbində təcrübə keçirlər.
Tələbələr hər iki ali təhsil müəssisəsi arasında imzalanan müqaviləyə əsasən Rusiyada təhsil təcrübəsində iştirak imkanı əldə ediblər. Səkkiz azərbaycanlı tələbə iki həftə ərzində biznes və menecment və iqtisadiyyat və sənaye ixtisasları üzrə seçilmiş fənlər üzrə təhsil alacaq, universitetin infrastrukturu, tədris və təlim prosesi ilə yaxından tanış olacaq, əlavə təcrübə və biliklər əldə edəcəklər. Onlar, eyni zamanda, elmi seminar və “dəyirmi masa”larda iştirak edə biləcəklər.
Təcrübənin sonunda tələbələrə sertifikatlar veriləcək.
Qeyd edək ki, təcrübənin davamı olaraq UNEC-in daha bir qrup tələbəsi dekabrda Ali İqtisad Məktəbində təcrübə keçəcək.

UNEC-in Mətbuat Xidməti