77 yaşlı təqaüdçünün ev heyvanı kimi saxladığı kenquru onu öldürüb...

77 yaşlı təqaüdçünün ev heyvanı kimi saxladığı kenquru onu öldürüb... "Zərərçəkənə tibbi yardım etməyə gələn tibb işçilərini kenquru ona yaxın durmağa imkan verməyib..."
"Avstraliyada 50 milyon kenquru var, lakin insanlara hücum nadir hallarda baş verir..."
Son dəfə bu heyvanın törətdiyi ölüm halı 86 il öncə qeydə alınıb...
77 yaşlı təqaüdçü ev heyvanı kimi saxladığı kenquru ilə mücadilədə həlak olub.
Hadisə çərşənbə axşamı, sentyabrın 13-də Qərbi Avstraliyanın Redmond şəhərində, bu ştatın paytaxtı Pert şəhərindən 400 km aralıda baş verib.
Kenqurunun insana hücumu kifayət qədər nadir hadisədir, ölümlə nəticələnməsi isə istisna haldır. Son dəfə belə insident Avstraliyada 1936-cı ildə qeydə alınıb.
Polisin məlumatına görə, bu kenquru keçmişdə öz sahibinin qohumuna hücum edib.
O zaman təqaüdçüyə bu heyvandan imtina etməyi tövsiyə edib, amma o, bundan imtina edib.
Polis həmçinin bəyan edib ki, heyvanı hiddətləndirən səbəb aydın deyil.
Tibb işçiləri zərərçəkən təqaüdçüyə tibbi yardım göstərilməsi üçün evə gələndə, kenquru ona yaxınlaşmağa imkan verməyib. Nəticədə polis silah işlətməyə məcbur olub.
Avstraliyada 50 milyon kenquru var, lakin deyildiyi kimi, insana hücum nadir hallarda baş verir, çünki heyvanlar və insanlar bir birilə rast gəlməməyə çalışır.
Bu zaman kenqurular kifayət qədər təhlükəli heyvan hesab edilir, hərçənd, onların iti dişləri və caynaqları yoxdur.
İsrailli mütəxəssislər izah edib ki, problem bundadır ki, kenquru və insan düz yeriyən varlıqlardır.
Ona görə də kenquru "iki ayağı üstə dayanan"ları özünün təhlükə ola biləcək oxşarı kimi qəbul edir, erkək kenqurular isə düz gəzməyi özlərinə qarşı meydan oxunması kimi görürlər.
Söhbət qərb boz kenqurudan (Macropus fuliginosus) gedir, bunlar Avstraliyada ən geniş yayılan və ən böyük kenqurudur. Onun çəkisi 54 kq, boyi 1, 3 m təşkil edir.

Tehsil-press.az


Oxşar xəbərlər