Paytaxtın ümumi təhsil məktəblərində ilk dərs günü ilə bağlı tədbirlər keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə müəssisə rəhbərləri çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən və təhsil sahəsində aparılan islahatlardan söz açıblar. Elm və Təhsil Nazirliyinin, BŞTİ-nin nümayəndələri və qonaqlar yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulayıblar. Qeyd edilib ki, ümumi təhsil müəssisələrində ilk dərslərin “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunması şagirdlərin tədris ilinə daha böyük ruh yüksəkliyi ilə başlamasına şərait yaradır.
Tədbirlərdə elm və təhsil nazirinin müavini Muxtar Məmmədov, nazirin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, nazirin müşaviri Rüstəm Ağayev, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Təhsil İdarəsinin struktur bölmə rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının, ictimaiyyətin nümayəndələri, müəllimlər, sabiq məzunlar, valideynlər və şagirdlər iştirak ediblər.
Qeyd edək ki, yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 485 000-ə yaxın şagird təhsil alacaq.
Tehsil-press.az