İyunun 30-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Yay məktəbi”nin başa çatması ilə bağlı 32 nömrəli tam orta məktəbə mediatur təşkil olunub.
Mərasimdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, millət vəkili Sədaqət Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, şagirdlər və KİV nümayəndələri iştirak ediblər.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva Təhsil Nazirliyi tərəfindən irəli sürülən “Yay məktəbi” təşəbbüsünün uzun müddətli pandemiya şəraitində yaranan fasilələrin fəsadlarının aradan qaldırılması baxımından əhəmiyyətli olduğunu bildirib.
Mehriban Vəliyeva “Yay məktəbi”nin şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edildiyini söyləyib.
İdarə müdiri “Yay məktəbi”ni şagirdlərin sosial fəaliyyətlərə cəlb olunması, bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də uşaqların intellektual və fiziki inkişafında yeni bir imkan olduğunu deyib, həmçinin şagirdlərin fərdi və peşəkar inkişafı, onlarda mütaliə vərdişlərinin formalaşdırılması yönündə tövsiyələrini diqqətə çatdırıb.
İdarə rəhbəri BŞTİ-nin tabeliyindəki 275 ümumi təhsil müəssisəsində “Yay məktəbi”nin fəaliyyət göstərdiyini qeyd edib.
Dünya ölkələrinin təcrübəsindən bəhs edən İdarə müdiri “Yay məktəbi”nin uşaqların inkişafında, dünyagörüşünün, intellektlərinin, ünsiyyət bacarıqlarının artırılmasında, sosiallaşmasında, özünəinam duyğusunun formalaşmasında və yeni dərs ilinə daha həvəslə hazırlaşmalarında böyük rol oynadığını diqqətə çatdırıb.
Bağlanış mərasimində məktəblilər “Yay məktəbi”nə dair bölmələrdə çıxış edib, vətənpərvərlik mövzusunda mahnılar oxuyub, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Bundan əlavə, tədbirlərdə müxtəlif mövzularda fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.
Qeyd edək ki, “Yay məktəbi” ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla təşkil edilib. “Yay məktəbi” ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər keçirilib. Məşğələlərdə təhsilalanlara müvafiq fənlər üzrə zəruri bilik və bacarıqlar verilib, bölmələr üzrə ümumiləşdirmələr aparılıb, kompleks mövzular üzrə tapşırıqlar işlənilib.
Tehsil-press.az