Paytaxt məktəblərində “Son zəng” tədbirləri keçirilib

Paytaxt məktəblərində “Son zəng” tədbirləri keçirilib İyunun 14-də paytaxtın ümumtəhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.
Paytaxt məktəblərində keçirilmiş “Son zəng” tədbirlərində təhsil naziri Emin Əmrullayev, nazir müavinləri İdris İsayev, Muxtar Məmmədov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Təhsil Nazirliyinin və Təhsil İdarəsinin struktur bölmə rəhbərləri, məzunlar, valideyn komitələri, valideyn-müəllim assosiasiyaları, ictimaiyyət nümayəndələri və müəllimlər iştirak ediblər.
Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib.
Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər fəxri fərman və diplomlarla təltif olunublar.
“Son zəng” tədbiri hər bir ümumtəhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan məktəblərin idman və ya akt zallarında təşkil olunub.
Qeyd edək ki, 2021-2022-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 35 min 100, XI siniflərini isə 23 min 505 nəfər bitirib. Paytaxtda 46 min 470 nəfər I sinfi, 134 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vurub.

Tehsil-press.az


Oxşar xəbərlər