Ali təhsilin bakalavriat səviyyəsi üzrə boş qalan yerlərə qeydiyyat davam edir

Ali təhsilin bakalavriat səviyyəsi üzrə boş qalan yerlərə qeydiyyat davam edir Ali təhsil pilləsinin bakalavriat səviyyəsi üzrə boş qalan plan yerlərinə əlavə yerləşdirmə prosesi davam edir.
Qeydiyyat prosesi sentyabrın 19-u saat 23:59-da yekunlaşacaq.
Bildirilib ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrində təhsilalanın qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.
Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Tehsil-press.az



Oxşar xəbərlər