BDU-nun alimi yüksək impakt faktorlu jurnalın xüsusi bölməsinin redaktoru oldu

BDU-nun alimi yüksək impakt faktorlu jurnalın xüsusi bölməsinin redaktoru oldu Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Arif Səlimov və Çex Respublikasının Palacky Universitetinin professoru Josef Mikeşin redaktoru olduğu “Müasir fizikada diferensial həndəsi üsullar” (Differential Geometric Methods in Modern Physics) adlı xüsusi bölmə “Web of Science” bazasında Q2 kvartil kateqoriyalı jurnallar siyahısına daxil olan “Frontiers in Physics” jurnalında (IF: 3.718) dərc olunub.
Xüsusi bölmədə dünyanın müxtəlif ölkələrindən olan alimlərin 7 məqaləsinə redaktorlar tərəfindən rəy verilib. Bölmədə müasir fizikada tətbiq olunan yeni diferensial həndəsi metodlar ətraflı təsvir edilib. Əsas məqsəd müxtəlif həndəsi strukturlarla təmin edilmiş çoxobrazlılar nəzəriyyəsində yeni anlayış və üsulların təklif edilməsi və nəzəri fizikada tətbiq yollarının göstərilməsi olub.

Tehsil-press.az


Oxşar xəbərlər