BDU-nun professoru Bəhreyn Universitetinin elmi adlar verən akademik şurasına üzv seçilib

BDU-nun professoru Bəhreyn Universitetinin elmi adlar verən akademik şurasına üzv seçilib Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının müdiri, professor Arif Səlimov Bəhreyn Universitetinin həndəsə ixtisası üzrə elmi adlar verən akademik şurasına üzv seçilib.
Bəhreyn Universiteti siyahıya beynəlxalq elmi ictimaiyyət tərəfindən öz sahəsində tanınan xarici alimləri daxil edib. Seçimlərin nəticələri "Web of Science" bazasındakı elmi məqalələrin sayı, məqalələrə bu bazadan alınan istinadların sayı və h-indeksinə görə təyin edilir. Professor Arif Səlimovun "Web of Science" bazasında məqalələrinin sayı 61, istinadlarının sayı 439, h-indeksi isə 11-dir.

Tehsil-press.az

Oxşar xəbərlər