BDU-da elmi seminar: Reper laylanmalarının diferensial-həndəsi strukturları

BDU-da elmi seminar: Reper laylanmalarının diferensial-həndəsi strukturları Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində “Reper laylanmalarının diferensial-həndəsi strukturları” mövzusunda onlayn elmi seminar keçirilib.
Seminarda Mexanika-riyaziyyat fakültəsinin dekanı Nizaməddin İsgəndərov müasir diferensial həndəsə elminin diferensial tənliklər nəzəriyyəsində, tərs məsələlərin öyrənilməsində əhəmiyyətli dərəcədə mühüm rola malik olduğunu nəzərə çatdırıb.
Sonra Cəbr və həndəsə kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Habil Fəttayev məruzə edib. Elmi seminar mövzusu ətrafında professorlar - Əli Əhmədov, Nizaməddin İsgəndərov, Ziyatxan Əliyev, Arif Səlimov, Hamlet Quliyev, dosent Rəşid Əliyev və başqalarının sual və çıxışları dinlənilib.

Tehsil-press.az

Oxşar xəbərlər