Bakıda bu küçələrdə sürət 30 km/saata endirildi - Siyahı

Bakıda bu küçələrdə sürət 30 km/saata endirildi - Siyahı Paytaxtda 30 km/saat sürət limitli zona təşkil edilib.
Zonaya Bakının mərkəzi hissəsini əhatə edən 33 küçə daxildir. Artıq zonaya daxil olan küçələrdə müvafiq yol nişanları quraşdırılıb, nişanlanma işləri aparılıb.
Məlumat üçün qeyd edək ki, 30 km/saat sürət limitli zonanın bır sıra üstünlükləri vardır:
1. Yol hərəkəti iştirakçılarının təhlükəsizlik səviyyəsinin artırılması;
2. Yol qəzalarının və sağlamlığa dəyən ciddi zərərlərin azaldılması;
3. Hava keyfiyyətinin yüksəldilməsi;
4. Sosial mühitin inkişafı;
5. Səs kirliliyinin azaldılması;
6. Piyada hərəkətin, velosipedlərdən istifadənin stimullaşdırılması.

Tehsil-press.az


Oxşar xəbərlər