“Newsweek”: İspaniyanın 15 xəstəxanası dünyanın ən yaxşı xəstəxanaları sırasındadır

“Newsweek”: İspaniyanın 15 xəstəxanası dünyanın ən yaxşı xəstəxanaları sırasındadır Amerikanın “Newsweek” həftəlik nəşri İspaniyanın 15 xəstəxanasını yenidən dünyanın ən yaxşı xəstəxanaları siyahısına daxil edib.
Həmin nəşrin məlumatına görə, bu sıraya Madriddə yerləşən 3 xəstəxana, Kataloniyadan – 3, Pamplona, Sevilya və Valensiyadan isə hərəyə 1 xəstəxana aid edilib.
Ən yaxşı paytaxt xəstəxanaları La-Pas, Qreqorio Maranon, San-Karlos klinikası, 12 oktyabr, Ramon-i-Kahal, Nino Hesus, La-Prinsesa, Puerta-de-Yerro (Mahadaonda), Fond Himenes Dias hesab olunur.
Kataloniyanın üç xəstəxanası isə bunlardır: Barselona kliniki xəstəxanası, Val d’Ebron universitet xəstəxanası və Santa-Kreu-i-San-Pau.
Bu tədqiqatın məqsədi - məlumatlara əsaslanaraq, müxtəlif ölkələrdə xəstəxanaların nüfuzunun və effektivliyinin daha yaxşı müqayisəsini təmin etməkdir. Bu müqayisə təkcə pasiyentlər və onların ailələri üçün deyil, həm də xəstəxanalar üçün faydalı olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər