ABŞ-da xəstəxana peyvənd olunmayan tibb işçilərini işdən qovdu

ABŞ-da xəstəxana peyvənd olunmayan tibb işçilərini işdən qovdu Mərkəzi ABŞ-ın Cənubi Karolina ştatında yerləşən “Novant Health” xəstəxanalar zinciri COVID-19-a qarşı peyvənd olunmayan 175 tibb işçisinin işinə son verib.
Bu barədə xəstəxanadan yerli mətbuata verilən açıqlamada bildirilir.
“Səhhətində olan problemlə və dini inancı ilə əlaqədar peyvənd oluna bilməyən işçilərə isə həftəlik koronavirus testi tətbiq olunur və onlara qoruyucu vasitələr təqdim edilir”, - deyə “Novant Health”ın açıqlamasında qeyd olunub.
Qeyd edək ki, 35 min personalı olan “Novant Health” ötən həftə peyvənd olunmayan 375 tibb işçisini 5 gün özhesabına işdən uzaqlaşdırmaqla cəzalandırıb. Onlara peyvənd olunmadıqları halda əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdi.
Əlavə edək ki, bundan öncə Texasda yerləşən “Houston Methodist” xəstəxanası da peyvəndi rədd edən 150 tibb işçisinin işinə xitam verib.

Tehsil-press.az

Oxşar xəbərlər