Hulusi Akar “terrorçu haradadırsa, hədəfin də orasıdır” əmrini verdi

Hulusi Akar “terrorçu haradadırsa, hədəfin də orasıdır” əmrini verdi Türkiyə milli müdafiə naziri Hulusi Akar Şimali İraq və sərhəd xəttindəki qoşunların komandirləri ilə görüş keçirib. Sahədəki son vəziyyətlə bağlı məlumat verən birlik komandirlərinin “Əsgərlərimizin mənəviyyat və motivasiyası doludur, veriləcək hər bir işə hazırıq” ifadələri üzərinə nazir Akar “terrorçu haradadırsa, hədəfin də orasıdır” əmrini verib”. Hulusi Akar Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı general Musa Avsever və Hərbi Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu ilə birlikdə gəldiyi Şırnakdakı 23-cü Piyada Diviziya Komandanlığını ziyarət edib.
Akar, videokonfrans vasitəsilə keçirilən görüşdə diviziya komandiri təyin edilən general-mayor Halil Soysala yeni vəzifəsində uğurlar arzulayıb, sərhəddə və sərhəd xəttində yerləşən qoşunların komandirləri ilə görüşüb. Sahədəki son vəziyyətlə bağlı məlumat alan və tapşırıqlar verən nazir Akar Türkiyə Silahlı Qüvvələrinin Cümhuriyyət tarixinin ən gərgin dövrünü yaşadığını vurğulayıb. “Böyük fədakarlıq və qəhrəmanlıqla həyata keçirilən uğurlu terrorla mübarizə əməliyyatlarına görə qəhrəman Mehmetçimizi təbrik edirəm” ifadəsini işlədib.

Tehsil-press.az

Oxşar xəbərlər