BDU-da “Mərkəzi Asiya və Qafqazda Dinamika Günləri” başa çatıb

BDU-da “Mərkəzi Asiya və Qafqazda Dinamika Günləri” başa çatıb Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı və Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin dəstəyi ilə “Mərkəzi Asiya və Qafqazda Dinamika Günləri” adlı beynəlxalq elmi konfrans başa çatıb.
Konfransda mürəkkəb və qeyri-xətti sistemlər fizikasında az öyrənilmiş bəzi məsələlər, son nailiyyətlər və inkişaf perspektivləri təqdim və müzakirə olunub.
Beynəlxalq konfrans ilk dəfə 2013-cü ildə Səmərqənddə (Özbəkistan) keçirilib. Beynəlxalq konfrans Mərkəzi Asiya, Qafqaz və digər inkişaf etməkdə olan ölkələrin tədqiqatçılarının Avropa, ABŞ, Yaponiya alimləri ilə əməkdaşlığının qurulmasına töhfə verib.
Konfrans “Xaos və qeyri-xətti dinamika”, “Aşağı ölçülü domenlərdə qeyri-xətti təkamül tənlikləri”, “Solitonlar və kvant damcıları”, “Mürəkkəb şəbəkələr və şəbəkə dinamikası”, “Nanoölçülü sistemlərdə mürəkkəb hadisələr”, “Statistik fizika və onun tətbiqləri”, “Kvant elmində mürəkkəb hadisələr”, “Epidemiyaların proqnozlaşdırılma və modelləşdirilməsi”, “Astronomiya və astrofizikada mürəkkəb hadisələr” adlı mövzuları əhatə edib.
Bir çox ölkələrdən olan tanınmış alim-mütəxəssislərin iştirak etdiyi konfransda Riçardo Adami (Turin Politexnik Universiteti, İtaliya), İman Əsgərbəyli (Ankara Universiteti, Türkiyə), Karlo Beenakker (Leiden Universiteti, Hollandiya), Matthias Ehrhardt (Vuppertal Universiteti, Almaniya), Rosario Fazio (Əbdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzi, İtaliya), Yuval Gefen (Weizman İnstitutu, İsrail), Theo Geisel (Gottingen Universiteti, Almaniya), Elçin Cəfərov (Fizika İnstitutu, Azərbaycan), George Caparidze (Tbilisi Dövlət Universiteti, Gürcüstan), Mikhail Kiselev (Əbdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzi, İtaliya), Davron Matrasulov (Turin Politexnik Universiteti, Özbəkistan) və başqalarının məruzələri dinlənilib.

Tehsil-press.az


Oxşar xəbərlər