FİZİKA İNSTİTUTUNUN ALİMLƏRİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİBLƏR

FİZİKA İNSTİTUTUNUN ALİMLƏRİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİBLƏR Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu İnnovasiya sektorunun rəhbəri fizika üzrə elmlər doktoru Sədiyar Rəhimov Türkiyənin Antalya şəhərində ezamiyyətdə olub. Ezamiyyətdə məqsəd “İfratkeçiricilər və magnetizm üzrə 6-cı beynəlxalq konfrans”da (İCSM-2018) iştirak etmək olub.
Altı günlük konfrans çərçivəsində S.Rəhimov “The influence of Zn on superconducting properties of Bi2Sr2Ca1Cu2OX” adlı məruzə ilə çıxış edib. Beynəlxalq tədbirdə Fizika İnstitutunun əməkdaşları fizika üzrə elmlər doktoru Zakir Cahangirli “Ab-initio calculation of half-metallic properties of TlCrS2 and TlCrSe2”, fizika-riyaziyyat elmləri doktoru Hüseyn Orucov da “Ab initio Study of the Electronic Structure of TlFeS2 and TlFeSe2 Crystals in Antiferromagnetic Phase” mövzusunda olan məruzələrlə iştirak ediblər. Alimlər konfrans çərçivəsində ifratkeçiricilər və magnetizm sahəsində Türkiyə, Yapioniya, Niderland, Rusiya Federasiyası və başqa ölkələrdən olan tanınmış mütəxəssislərlə elmi müzakirələr aparıblar.

Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri


FİZİKA İNSTİTUTUNUN ALİMLƏRİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİBLƏR

Oxşar xəbərlər