Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil ocağının 100 illik yubileyinə həsr edilən “Fizikaya müasir baxış” (“Modern Trends in Physics”) mövzusunda beynəlxalq elmi konfrans təşkil olunub.
Konfrans Təhsil Nazirliyi, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Avstriyanın “STAR-NET” – nüvə texnologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığı regional şəbəkəsi və İtaliyanın Roma Sapienza Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.
Konfransda respublikanın ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı, Türkiyə, Rusiya, İtaliya, Yaponiya, Pakistan, Almaniya, Gürcüstan və digər ölkələrin qabaqcıl universitetlərinin və elmi-tədqiqat institutlarının alimləri də iştirak ediblər.
Plenar iclasdan sonra konfrans işini “Nanotexnologiyalar və materialşünaslıq”, “Optonano elektronika”, “Kondensləşmiş mühitlər fizikası”, “Nəzəri, riyazi və yüksək enerjilər fizikası”, “Bioloji və tibbi fizika”, “Alternativ enerji mənbələri” mövzularında bölmələrdə davam etdirib.

BDU-nun Mətbuat Xidməti