Rusiyanın ən varlı biznesmenləri 93,616 milyard dollar itirib

Rusiyanın ən varlı biznesmenləri 93,616 milyard dollar itirib Cari ilin əvvəlindən Rusiyanın ən varlı biznesmenlərinin sərvəti 93,616 milyard dollar azalıb.
Ən çox sərvət itirən rusiyalı biznesmenlər siyahısına “Renova” qrupunun təsisçisi Viktor Vekselberq başçılıq edib. Belə ki, milyarderin sərvəti cari ilin sentyabrın 1-dək 11,2 milyard dollar azalıb və 7,24 nilyard dollar təşkil edib.
Bununla yanaşı, ilin əvvəlindən “Severstal” şirkətinin direktorlar şurasının sədri Aleksey Mordaşov 9,78 milyard dollar itirib və sərvəti 19,1 milyard dollarə enib. Təbii qaz istehsalçısı “Novatek” şirkətinin səhmdarı Gennadi Timçenkonun sərvəti isə 9,66 milyard dollar azalaraq 12,8 milyard dollar olub.
“Evraz” dağ-metallurgiya holdinqinin səhmdarı Roman Avromoviç isə öz növbəsində 8,26 milyard dollar itirib və hazırda onun sərvəti 9,74 milyard dollar olaraq qiymətləndirilir.

Tehsil-press.az


Oxşar xəbərlər