Türkiyənin Rusiyadan xahişi: 2024-cü ilə qədər...

Türkiyənin Rusiyadan xahişi: 2024-cü ilə qədər... Rəsmi Ankara yüksək enerji qiymətlərindən dolayı yaranan iqtisadi zərəri azaltmaq üçün Rusiyadan təbii qaza olan ödənişlərini 2024-cü ilə qədər təxirə salınmasını xahiş edəcək.
Türkiyənin enerji idxalçıları “Boru Hatları” ile Petrol Tasima AS” və ya “Botaş” ödənişlərin bir hissəsini 2024-cü ilə qədər təxirə salmağa çalışır.
Agentlik qeyd edir ki, danışıqların hər hansı razılığa gətirib çıxaracağı hələlik bəlli deyil.
Qeyd edək ki, ilin əvvəlindən türk lirəsinin kəskin dəyər itirməsi qardaş ölkədə kəskin inflyasiyaya rəvac verib.

Tehsil-press.az


Oxşar xəbərlər