Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampla təkbətək görüş keçirəcək.
Liderlər Yaponiyada baş tutacaq G20 sammiti çərçivəsində bir araya gələcək.
Ərdoğan-Tramp görüşündə Rusiyadan təhvil alınacaq S-400 hava hücumundan müdafiə kompleksi, F-35 proqramı çərçivəsindəki proseslər və Suriyanın Türkiyə ilə sərhədində qurulması planlaşdırılan təhlükəsiz bölgə məsələləri gündəmdə əolacaq.
Bir müddətdir ki, Ankara-Vaşinqton arasında gərginliyə səbəb olan S-400 mövzusu iki ölkədə də pozisiyasını qoruyur. ABŞ Rusiyadan S-400 alınacağı təqdirində CAATSA sanksiyalarını işə salacağı və F-35 proqramından çıxaracağı ilə hədələyir. Türkiyə isə razılaşmanın bitmiş məsələ olduğunu və geri addım atmayacağını bəyan edir.
S-400 mövzusunda iki ölkənin də ortaq nöqtəyə gəlməsi üçün G20-də Ərdoğan-Tramp görüşünün əhəmiyyətinə diqqət çəkilir. Əlavə olaraq, Trampın Türkiyəyə rəsmi səfər edib-etməməsi də bu görüşdən sonra dəqiqləşəcək.
Türkiyə prezidenti sammit çərçivəsində, həmçinin, rusiyalı həmkarı Vladimir Putinlə də kritik mövzularda müzakirələr aparacaq. Bu toplantıda Suriyadakı proseslər, son günlərdə Bəşər Əsəd rejiminin kəskin hücumları altında olan İdlib ana gündəm olacaq.
Ərdoğan sammitdən sonra iyulun 2-də Çinə səfər edəcək.
Qeyd edək ki, G20 Osaka sammiti 27-28 iyun tarixlərində baş tutacaq.

Zümrüd