Amerikalılar növbəti seçkilərdə Tramp və Baydenə səs verməkdən imtina edirlər

Amerikalılar növbəti seçkilərdə Tramp və Baydenə səs verməkdən imtina edirlər ABŞ-ın Demokratlar və Respublikaçılar partiyalarının xeyli sayda tərəfdarı ABŞ prezidenti Co Bayden və onun sələfi Donald Trampı dəstəkləməkdən imtina edib.
Bu SSRS şirkətinin CNN telekanalının sifarişi ilə keçirdiyi sorğuda deyilir.
Respondentlər 2024-cü ildə keçiriləcək növbəti prezident seçkiləri zamanı yeni namizədlər görmək istədiklərini bildiriblər.
Sorğuya görə, demokratların tərəfdarlarının 51 faizi partiyadan yeni namizədin Bayden deyil, yeni namizəd irəli sürülməsini arzulayıblar, onların 35 faizi Baydenin Respublikaçı namizədi məğlub edə biləcəyinə şübhə etdiyini bildirib. Sorğuda iştirak edənlərin 19 faizi onun yaşından narahatdır, çünki Baydenin 2024-cü ildə 82 yaşı olacaq.
Trampın 2024-cü ildə namizədliyinin tərəfdarları və əleyhdarları arasında səslər demək olar ki, bərabər bölünüb: sorğu iştirakçılarının 50 faizi onun namizədliyinin lehinə olub, 49 faizi hesab edir ki, başqa siyasətçi partiyadan seçkiyə getməlidir.

Tehsil-press.az


Oxşar xəbərlər