UNESCO: 2030-cu ildə dünyada 69 milyon müəllimə ehtiyac olacaq

UNESCO: 2030-cu ildə dünyada 69 milyon müəllimə ehtiyac olacaq 2030-cu ildə dünyada ümumi baza təhsilini təmin etmək üçün 69 milyon müəllimə ehtiyac olacaq.
UNESCO bu gün, oktyabrın 5-i - Ümumdünya Müəllim günündə müəllimlərin çatışmaması ilə bağlı qlobal böhran barədə xəbərdarlıq edib.
UNESCO ölkələrin hökumətlərinə müraciətlə “öz işçi heyətini saxlamaq və yeni istedadların cəlb edilməsi ilə bağlı çətinlikləri nəzərə alaraq təhsil sektorunu dəstəkləmək fəaliyyətini gücləndirməyə çağırıb.
BMT-nin məlumatına görə, müəllimlərin ən kəskin çatışmazlığı Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində - siniflərdəki şagirdlərin sayı dünyada ən çox, müəllimlərin iş şəraitinin ən gərgin olduğu və təhsil sisteminin kadrlarla tam təmin edilmədiyi regionda müşahidə edilir.
UNESCO-nun baş direktoru Odri Azule bəyan edib ki, ixtisas səviyyəsinin aşağı olması, əmək şəraitinin cəlbedici olmaması və təhsil sisteminin qeyri-adekvat maliyyələşdirilməsi müəllim peşəsinin nüfuzunu aşağı salan və təhsil sahəsində qlobal böhranı dərinləşdirən amillərdir.
UNESCO-nun proqnozlarına görə, 2030-cu ilə qədər olan dövrün gündəliyində nəzərdə tutulan ümumi baza təhsili hədəfinə çatmaq üçün ibtidai təhsil səviyyəsində daha 24,4 milyon, növbəti səviyyədə daha 44,4 milyon müəllim tələb olunur.
Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində ibtidai təhsil səviyyəsi üçün daha 5,4 milyon, orta təhsil səviyyəsi üçün daha 11,1 milyon müəllimə ehtiyac var.
Müəllimlərin çatışmadığı ikinci region Cənubi Asiyadır. Bu regionda nəzərdə tutulan hədəfə nail olmaq üçün əlavə olaraq 1,7 milyon ibtidai məktəb müəllimi və 5,3 milyon orta məktəb müəllimi tələb olunur.

Tehsil-press.az


Oxşar xəbərlər