“Bir gecə ansızın gele biliriz”lə bağlı yunan jurnalistin sualına - Ərdoğandan cavab

“Bir gecə ansızın gele biliriz”lə bağlı yunan jurnalistin sualına - Ərdoğandan cavab Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada keçirilən mətbuat konfransında yunan jurnalistin sualına verdiyi cavabla gündəm olub.
Jurnalistin “Cənab Prezident, “Bir gece ansızın gele biliriz” deyərkən Yunanıstana hücumu nəzərdə tutursunuz” sualına belə cavab verib:
“Əslində mövzunu başa düşmüsən. Bu təkcə Yunanıstana aid məsələ deyil. Bizi narahat edən, bizə hücum edən hansı ölkə olursa-olsun, onlara qarşı bizim cavabımız: “Bir gece ansızın gele biliriz”. Bunu belə bilib anlamaları lazımdır. Siz başa düşdüyünüzə görə, onlar da başa düşüblər”.




Oxşar xəbərlər