Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 67 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 67 yoluxma faktı qeydə alınıb Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 67 yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb.
İndiyədək ölkədə ümumilikdə 822 min 171 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 min 701 nəfər müalicə olunaraq sağalıb, 9 min 927 nəfər vəfat edib. Aktiv xəstə sayı 543 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1780, bu günə qədər isə ümumilikdə 7 milyon 273 min 91 test icra olunub.

Tehsil-press.az


Oxşar xəbərlər