Ruhəngiz Qasımova vəfat etdi

Ruhəngiz Qasımova vəfat etdi Azərbaycanın Əməkdar İncəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova vəfat edib.
Bu barədə teatrşünas Anar Bürcəliyev özünün feysbuk hesabında bildirib.
Məlumata görə, bəstəkar 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb.
Allah rəhmət eləsin!

Tehsil-press.az


Oxşar xəbərlər