Bakı Xoreoqrafiya Akademiyasında tanınmış bəstəkar-pianoçunun müəllif konserti təşkil olunub

Bakı Xoreoqrafiya Akademiyasında tanınmış bəstəkar-pianoçunun müəllif konserti təşkil olunub Bakı Xoreoqrafiya Akademiyasında (BXA) bəstəkar-pianoçu, Əməkdar Mədəniyyət İşçisi, dosent Eldar Dadaşovun müəllif konserti təşkil olunub.
Akademiyanın musiqi fənləri kafedrasının təşkilatçılığı ilə keçirilən konsertdən əvvəl Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Əməkdar İncəsənət Xadimi Gülnaz Abdullazadə tanınmış bəstəkar-pianoçunun yaradıcılığı ilə bağlı fikirlərini tamaşaçılarla bölüşüblər.
Konsertdə BXA-nın bakalavr və magistrantları Eldar Dadaşovun müəllifi olduğu “Xatirə”, “Ayrılıq”, “Azərbaycan”, “Odlar ölkəsi”, “Yadına düşəcəyəm” musiqi kompozisiyalarını səsləndiriblər.

Kəmalə Rəhimli

Oxşar xəbərlər