Jurnalist vəsiqəsi bu KİV nümayəndələrinə veriləcək

Jurnalist vəsiqəsi bu KİV nümayəndələrinə veriləcək “Media reyestrində qeydə alınmış KİV qurumlarına xüsusi şəhadətnamə, media reyestrində qeydə alınmış jurnalistlərə isə jurnalist vəsiqəsi veriləcək və bu sənədlər onların reyestrə düşdüklərini göstərmiş olacaq”.
Bu sözləri “Report”a açıqlamasında media eksperti, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşviq Ələsgərli deyib.
Onun sözlərinə görə, jurnalistlərə media vəsiqəsinin verilməsi ölkədə media reyestrinin yaradılması ilə bağlı prosesin davamıdır: “Ölkədə reyestrin tətbiq olunması media ilə bağlı digər xüsusi proqramların hazırlanmasını və icra edilməsini də asanlaşdıracaq”.
M.Ələsgərli vurğulayıb ki, ölkədə reyestrdə qeydə alınan və qeydiyyatda olmayan jurnalistlər də fəaliyyət göstərə biləcək: “Proses tamamilə könüllüdür və jurnalistlərin reyestrdən keçib-keçməməsi onların öz istəkləri ilə həyata keçiriləcək. Bir sözlə, jurnalist bu vəsiqəni almadan da öz fəaliyyətini maneəsiz və qanunla müəyyən edilən bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə bilər”.

Tehsil-press.az



Oxşar xəbərlər