Azərbaycanın bir qrup jurnalistinə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi “Beynəlxalq media vəsiqəsi” (İnternational Press Card) təqdim edilib. Təqdimat mərasimi BJF-nin Azərbaycan üzrə yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) ofisində baş tutub. “Beynəlxalq media vəsiqəsi”nə layiq görülənlər arasında Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev də var. Vəsiqəni JuHİ sədri Müşfiq Ələsgərli təqdim edib.
JuHİ sədrinin sözlərinə görə, BJF-nin risqli durumlarla üzləşən vəsiqə sahiblərinə mövcud durumdan çıxmaq üçün göstərdiyi yardıma risq yaradan qruplarla danışıqlar aparmaq, hüquqa söykənən təsir mexanizmlərindən istifadə etmək, maddi və mənəvi dəstək vermək kimi müxtəlif addımlar daxildir.

Mətbuat və informasiya xidməti