“Mədəndə ölənlərin sayı 41-ə çatıb” - Ərdoğan

“Mədəndə ölənlərin sayı 41-ə çatıb” - Ərdoğan “Bartindəki mədəndəki partlayışda həlak olanların sayı 41-ə çatıb”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartində çıxışında deyib.
O bildirib ki, partlayışın necə baş verməsi ilə bağlı istintaq tədbirləri başlayıb:
“Bu hadisədə məsuliyyət daşıyan şəxslər varsa, onlar əlbəttə ki, tapılacaq".
Axtarış-xilasetmə tədbirlərinin davam etdiyini bildirən Ərdoğan, daha sonra həlak olanların ailələrinə başsağlığı vermək üçün həm yaralı işçilər, həm də həyatını itirən işçilərin ailələri ilə görüşüb.

Tehsil-press.az

Oxşar xəbərlər