Azərbaycan şahmatçısı Gövhər Beydullayeva Sardiniyada (İtaliya) keçirilən gənclər arasında dünya çempionatında uğurlu çıxışını davam etdirir.
Milli komandanın 19 yaşlı üzvü altıncı turda Nutakki Priyankanı (Hindistan) məğlub edərək xalını 5,5-ə çatdırıb.
Hazırda Gövhər Beydullayeva vahid lider olub və ən yaxın izləyicisini 0.5 xal qabaqlayır.
Abdulla Qədimbəyli 6-cı turda italiyalı Françesko Sonislə heç-heçə oynayıb. Aktivində 4,5 xal olan şahmatçımız liderlərdən yarım xal geri qalmaqla beşinci pillədə qərarlaşıb.
Ləman Hacıyeva və Məhəmməd Muradlı Flippin təmsilçilərindən üstün olublar. Hacıyeva 4 xalla 18-ci, Muradlı 3 xalla 67-cidir.
Dünya çempionatı İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.
Tehsil-press.az