Bakı Avrasiya Universitetində Elektron Universitet layihəsinə start verildi

Bakı Avrasiya Universitetində Elektron Universitet layihəsinə start verildi Bakı Avrasiya Universitetində “TIM ACADEMY” şirkəti ilə “BAAU-Elektron Universitet” layihəsi üçün proqram təminatının yaradılması üzrə xidmətlərin göstərilməsi haqqında müqavilə imzalanıb.
Müqaviləyə uyğun olaraq “TIM ACADEMY” şirkəti universitetdə idarəetmənin tam avtomatlaşdırılması və lokal/qlobal şəbəkə və mobil texnologiyalara inteqrasiya olunmuş elektron idarəetmə sisteminin yaradılması üçün “BAAU-Elektron Universitet” layihəsinin proqram təminatını hazırlaycaq.
Sözügedən şirkətlə müqaviləni Bakı Avrasiya Universitetinin Tədris işləri üzrə prorektoru,f.ü.f.d,dos Nigar Hüseynova və “TIM ACADEMY” şirkətinin direktoru Teymur Hacıyev imzalayıb.
Yeni texnologiya əsasında yaradılacaq proqram təminatı universitetin bütün fəaliyyət sahələrini: təhsil, elm, insan resurslarının idarəedilməsi, sənəd dövriyyəsi, kitabxana, maliyyə və mühasibatlıq sahələrini əhatə etməklə dizayn interfeysi və funksionallığı ilə idarəetmənin səmərəliliyinin artırılmasına və təhsil prosesi iştirakçılarının rahatlığını təmin etməyə xidmət göstərəcək.

Tehsil-press.az

Oxşar xəbərlər