BDU-da tələbələrə “Ağıllı ev” layihəsi haqqında məlumat verilib

BDU-da tələbələrə “Ağıllı ev” layihəsi haqqında məlumat verilib Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin və BDU “SABAH” qruplarının birgə təşkilatçılığı ilə “Ağıllı ev” mövzusunda təlim keçirilib.
“Vision Academy” tədris mərkəzinin, “Elsmart” şirkəti nümayəndələrinin və “SABAH” qrupları tələbələrinin iştirak etdikləri tədbirdə “Ağıllı ev” layihəsində proqram təminatı, texniki təchizat və onun insan həyatındakı rolundan bəhs olunub.
“Elsmart” şirkətinin baş direktoru Əli Kərimov “Ağıllı ev” layihəsi haqqında tələbələrə məlumat verib, bu layihədə evlərin təhlükəsizliyinin təşkil olunması, kommunal xidmətlərin əlverişli istifadəsi, müəyyən avadanlıqların fəaliyyətinin məsafədən avtomatlaşdırılmasına diqqət çəkib.
Şirkətin nümayəndələri tələbələrin gələcək karyeraları və işğaldan azad olunan torpaqlarda “Ağıllı kənd”, “Ağıllı qəsəbə” layihələri haqqında danışıb.
Sonda “Vision Academy” tədris mərkəzinin direktoru Abdulxaliq Məmmədli mərkəzin fəaliyyəti haqqında tələbələrə məlumat verib.
Tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər