Zəngilan aeroportunu görən Ərdoğandan maraqlı reaksiya

Zəngilan aeroportunu görən Ərdoğandan maraqlı reaksiya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Zəngilana səfər edib.
Dövlət başçısının təyyarəsi bir neçə dəqiqə əvvəl Zəngilan Hava Limanına eniş edib. Ərdoğan təyyarədən enərkən bir neçə saniyə ərzində pilləkəndə dayanaraq ətrafa nəzər yetirib. Bunun ardınca isə, o, bəyənmə əlaməti olaraq Prezident İlham Əliyevə əli ilə işarə edib.
Daha sonra Prezidentlər Zəngilan Beynəlxalq Hava Limanının açılışını ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər