Füzuli aeroportunda ilk rəsmi qarşılama Ərdoğan üçün təşkil olunacaq

Füzuli aeroportunda ilk rəsmi qarşılama Ərdoğan üçün təşkil olunacaq Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.
Prezidentin səfəri bir günlük olacaq.
O, Füzuli Beynəlxalq Hava Limanının açılışına qatılacaq. Ərdoğanı Prezident İlham Əliyev rəsmi mərasimlə qarşılayacaq.
Hava limanında ilk rəsmi qarşılama mərasimi Ərdoğan üçün təşkil olunacaq.
Azərbaycanın işğaldan azad etdiyi Qarabağ torpaqlarında tikilən ilk hava limanı olan Füzuli aeroportu Ərdoğanın qatılacağı mərasimlə xidmətə açılacaq.
Ərdoğan mərasimdə çıxış edəcək.
Qeyd edək ki, bu, Türkiyə Prezidentinin son bir ildə Azərbaycana üçüncü rəsmi səfəridir.

Tehsil-press.az

Oxşar xəbərlər