Zelenski Kiyevin müdafiəsini başqa generala tapşırdı

Zelenski Kiyevin müdafiəsini başqa generala tapşırdı Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev şəhər hərbi administrasiyasına yeni rəhbər təyin edib.
Zelenski bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, bu vəzifəni general-polkovnik Sergey Popko icra edəcək.
Zelenski S.Popkonun yüksək döyüş təcrübəsi sayəsində dövlət paytaxtının müdafiəsini və təhlükəsizliyini gücləndirməyə kömək edəcəyini bildirib.
Popko 2016-2019-cu illərdə Ukrayna silahlı qüvvələrinin quru qoşunlarının komandanı olub.
Qeyd edək ki, bu vəzifəni indiyə kimi Nikolay Jirnov icra edirdi.

Tehsil-press.az

Oxşar xəbərlər