Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı, 84 xarici ölkədən 5,5 min tələbə də təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, İraq və Türkmənistan vətəndaşları üstünlük təşkil edirlər.
Bu məlumat Dövlət Statistika Komitəsinin 2019-cu ilin yanvar-dekabr ayları üzrə statistik hesabatında əks olunub.
Hesabatda bildirilir ki, 2019/2020-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 807 nəfər olub. Xaricdə təhsil alan gənclərin 44,6 faizi Bakı, 55,4 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Rusiya, Macarıstan, Çin, Birləşmiş Krallıq və Kanadanın ali təhsil müəssisələrində təhsil alır.
Tehsil-press.az