Bu il Bakı Slavyan Universitetinə müraciət edən əcnəbi vətəndaşların sayı 60 faiz artıb

Bu il Bakı Slavyan Universitetinə müraciət edən əcnəbi vətəndaşların sayı 60 faiz artıb Bakı Slavyan Universitetinə (BSU) əcnəbi tələbələrin qəbulu yekunlaşıb.
Əcnəbi vətəndaşların cəlb edilməsi məqsədilə bir sıra tədbirlər, o cümlədən onlayn və oflayn müraciət sisteminin tətbiqi, 24 saat ərzində müraciətlərin Azərbaycan, türk, ingilis və rus dillərində cavablandırılması, qəbul haqqında məlumatın universitetin rəsmi səhifələrində və sosial şəbəkələrdə yerləşdirilməsi həyata keçirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu il BSU-ya müraciət edən əcnəbi vətəndaşların sayı 60 faiz artıb. 2021-2022-ci tədris ilində BSU-ya 13 xarici ölkədən 41 nəfər qəbul edilib. Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən beynəlxalq müqavilələr əsasında 2 əcnəbi tələbə universitetə göndərilib. BSU-ya qəbul olunan 41 nəfərdən 10-u hazırlıq şöbəsində, 22-si 12 ixtisas üzrə bakalavriat səviyyəsində, 9-u isə 6 ixtisas üzrə magistratura səviyyəsində təhsil alacaq. Qəbul olunan əcnəbi tələbələr arasında Türkiyə, Rusiya, Qazaxıstan, Belarus, Gürcüstan, Macarıstan, Koreya, Çin, Türkmənistan, Fələstin, Çad, Hindistan və İndoneziya vətəndaşları var.

Tehsil-press.az


Oxşar xəbərlər