Təhsil Nazirliyi: Qrant layihəsi çərçivəsində məktəblərə 875 planşet təqdim olunacaq

Təhsil Nazirliyi: Qrant layihəsi çərçivəsində məktəblərə 875 planşet təqdim olunacaq “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin qurulması” qrant layihəsi çərçivəsində planşetlərin təqdim olunması ilə bağlı təhvil-təslim aktının imzalanması mərasimi keçirilib.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Muxtar Məmmədov Azərbaycan və Koreya arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin dinamik inkişafını vurğulayaraq Bakı Mühəndislik Universiteti ilə Koreyanın INHA Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə ikili diplom proqramının həyata keçirildiyini xüsusi qeyd edib. Nazir müavini Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafında verdiyi töhfəni yüksək qiymətləndirib.
Koreya Respublikasının ölkəmizdəki səfiri Li Eun-Yong Koreyanın təhsil sahəsində ölkəmizlə mövcud əməkdaşlığın daha da genişlənməsində maraqlı olduğunu qeyd edib.
Tədbirdə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkə üzrə direktoru Moon Jong Hyun da iştirak edib.
Sonda “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin qurulması” qrant layihəsi çərçivəsində ölkənin ümumi təhsil müəssisələrinə paylanılması nəzərdə tutulan 875 ədəd planşetin təqdim olunması üçün təhvil-təslim aktı imzalanıb.

Tehsil-press.az


Oxşar xəbərlər