Kitab sərgisi: Azərbaycanın mədəniyyət paytaxtı Şuşa

Kitab sərgisi: Azərbaycanın mədəniyyət paytaxtı Şuşa Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azİİ e-Kitab Evində “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı kitab sərgisi keçirilib.
“Şuşa İli” çərçivəsində təşkil olunan sərgi Müzəffər Ordumuzun Azərbaycanın tarixi ərazilərinin azad edilməsi uğrunda qazandığı Qələbəyə ithaf olunub. Sərgidə Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtı olan Şuşanın işğaldan azad edilməsini, bərpa və yenidənqurma işlərinin aparılmasını, Qarabağın tarixini, görkəmli şəxsiyyətlərini, mədəni irsini, Qarabağ müharibəsini əks etdirən kitablar, eləcə də Şuşa haqqında sənədlər, məqalələr, fotoqalereya və digər sənədlər təqdim olunub.
Sərgidə, həmçinin Milli Kitabxana tərəfindən hazırlanmış və Şuşaya həsr olunmuş ilk fundamental biblioqrafiya da daxil olmaqla 40-dan çox kitab və digər material yer alıb. Biblioqrafiyada Şuşanın tarixi, mədəniyyəti, musiqisi və ədəbi mühiti, tarixi və memarlıq abidələri, ictimai-siyasi həyatı haqqında kitablar, dövri mətbuatda, məcmuələrdə dərc olunmuş zəngin materiallar öz əksini tapıb.

Tehsil-press.az


Oxşar xəbərlər