Bakı Slavyan Universitetinin əcnəbi tələbələri Şuşada olublar

Bakı Slavyan Universitetinin əcnəbi tələbələri Şuşada olublar Bakı Slavyan Universitetinin (BSU) əcnəbi tələbələri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən həyata keçirilmiş “Şuşa İli” xüsusi qrant müsabiqəsinin qalibi olan “İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin təşəbbüsü, həmçinin Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə “Biz Şuşanın səfiriyik” adlı layihə çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər ediblər.
Səfərdə Türkiyə, Çin və Türkmənistan vətəndaşları olan dörd nəfər BSU tələbəsi iştirak edib.
Səfər çərçivəsində əcnəbi tələbələr Füzuli Beynəlxalq Hava Limanı, Zəfər yolu, Cıdır düzü, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Qala divarları, Şuşa real məktəbi, Gövhər Ağa məscidini ziyarət ediblər.
Tələbələrə Qarabağın tarixi, işğal zamanı tarixi-memarlıq abidələrimizə qarşı törədilən vandalizm, 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin qəhrəmanlığı və Şanlı Zəfər barədə ətraflı məlumat verilib.

Tehsil-press.az


Oxşar xəbərlər