Bu şagirdlər imtahan verib Bakıda liseydə oxuya biləcəklər

Bu şagirdlər imtahan verib Bakıda liseydə oxuya biləcəklər “Bu il lisey və gimnaziyalara qəbul imtahanlarında ən böyük dəyişiklik məntiq fənnindən imtahanın ləğv olunmasıdır. İmtahan tədris dili və riyaziyyat fənni üzrə aparılacaq”.
Bunu Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev deyib.
O qeyd edib ki, əvvəllər imtahanda məntiq fənni də var idi. Bu, valideynlərin narazılığına səbəb olurdu ki, məntiq fənni məktəbdə ayrıca keçirilmir, şagird əlavə hazırlığa getmək məcburiyyətində qalır. Ona görə də artıq bu problem aradan qaldırılıb.
“Artıq 4, 5, 6 və 7-ci sinifdə oxuyanlar lisey və gimnaziyalara imtahanda iştirak edə biləcəklər. Respublika fənn olimpiadalarında və beynəlxalq olimpiadalarda yer tutan yuxarı sinif şagirdləri bu gimnaziyalara imtahandankənar yerləşdirilə bilər. Liseylərdə Azərbaycan bölməsində təhsil alan şagird rus bölməsinə keçə bilməz. Amma rus bölməsində oxuyan şagird arzu edərsə, Azərbaycan bölməsində də təhsilini davam edə biləcək. Qəbul imtahanlarının isə iyun ayında keçirilməsi planlaşdırılır”.
Nazirlik rəsmisi əlavə edib ki, gələcəkdə ölkə üzrə bütün lisey və gimnaziyalara qəbul mərkəzləşdirilmiş qaydada aparılacaq. Yəni rayonda oxuyan şagird topladığı baldan asılı olaraq gəlib Bakıda da lisey və gimnaziyalarda təhsil ala bilər.

Tehsil-press.az

Oxşar xəbərlər