Türkiyə 530 minə yaxın insanın könüllü olaraq Suriyada “təhlükəsizlik zonalarına” qayıtmasını təmin edib.
Bunu cümə günü Ankarada hakim Ədalət və İnkişaf Partiyasının üzvləri qarşısında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Suriyada qurduğumuz təhlükəsizlik zonalarına təxminən 530 min insanın könüllü qayıtmasını təmin etdik", - deyə R.T.Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyə transsərhəd əməliyyatlar vasitəsilə terror dəhlizini məhv edib.
"Fərat Qalxanı", "Zeytun budağı", "Sülh çeşməsi", "Bahar qalxanı" və "Pəncə-Kilid” əməliyyatları ilə cənub sərhədimizdə terror dəhlizi yaratmaq cəhdlərinin qarşısını aldıq", - deyə Türkiyə Prezidenti bildirib.
Prezident R.T.Ərdoğan Türkiyənin energetika sahəsindəki uğurlarına da toxunub.
Onun sözlərinə görə, Türkiyə Qara dənizdə ümumilikdə 540 milyard kubmetr təbii qaz ehtiyatları kəşf edib.
"Ümid edirəm ki, tezliklə xalqımıza energetika ilə bağlı yeni xoş xəbərləri çatdıracağıq", - deyə R.T.Ərdoğan əlavə edib.
Tehsil-press.az