BSU-da Avropa təhsil standartları ilə bağlı təlim keçirilib

BSU-da Avropa təhsil standartları ilə bağlı təlim keçirilib Bakı Slavyan Universitetində (BSU) “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar” mövzusunda təlim keçirilib.
Təlimdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Təlim və metodologiya şöbəsinin böyük məsləhətçisi Valeriya Məmmədova Avropa ali təhsil məkanında geniş tətbiq edilən standartların yerli kontekstdə tətbiqinə dair geniş məlumat verib.
Qeyd edək ki, təlim BSU ilə TKTA arasında oktyabrın 17-də imzalanmış əməkdaşlıq memorandumunda planlaşdırılmış xidmətlər çərçivəsində keçirilib. TKTA-nın mütəxəssisləri ilə birgə BSU-da daxili monitorinq sisteminin qurulması, qiymətləndirmə və sillabusların tərtibi ilə bağlı daha iki təlimin keçirilməsi planlaşdırılır.

Tehsil-press.az


Oxşar xəbərlər