Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndə heyəti Qazaxıstanda beynəlxalq forumda iştirak edib

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndə heyəti Qazaxıstanda beynəlxalq forumda iştirak edib Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) nümayəndə heyəti Qazaxıstan Respublikasının Almatı şəhərində Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (IAAR) təşkilatçılığı və Əl-Fərabi adına Qazax Milli Universitetinin ev sahibliyi etdiyi “Qlobal Təhsil Məkanında Transmilli Əməkdaşlıq” adlı beynəlxalq forumda iştirak edib.
Forumda TKTA tərəfindən İdarə heyətinin üzvü, Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov və departamentin Akkreditasiya və lisenziya şöbəsinin baş məsləhətçisi Simnar Mamedov təmsil olunublar. Panel müzakirələr zamanı İlham Hümbətov “Keyfiyyət təminatında beynəlmiləlləşmə” adlı mövzuda təqdimatla çıxış edərək, keyfiyyət təminatı və beynəlmiləlləşmə sahəsində TKTA-nın əldə etdiyi nailiyyətlər və qarşıda duran əsas hədəflər barədə məlumatları təqdim edib. Bununla yanaşı, İlham Hümbətov təhsildə keyfiyyət təminatı və beynəlmiləlləşmə sahələri üzrə həyata keçirilən layihələr və təcrübə mübadiləsində əməkdaşlıq məsələlərinə toxunaraq tədbir iştirakçılarının suallarını cavablandırıb.
Forum təhsildə keyfiyyət təminatı sisteminin inkişafında mövcud yanaşmaların müzakirə edilməsi, beynəlxalq təşkilatlar və agentliklərlə əməkdaşlığın genişləndirilməsi, akademik mühit və əmək bazarı arasında konstruktiv əlaqələrin təkmilləşdirilməsi məsələlərinə həsr olunub. Forumda Qazaxıstan, Hollandiya, Hindistan, Türkiyə, Latviya, Moldova, Gürcüstan, Qırğızıstan, Özbəkistan və Tacikistandan dövlət qurumlarının, ali təhsildə keyfiyyətin təminatı üzrə beynəlxalq təşkilatların, xarici akkreditasiya qurumlarının və işəgötürənlərin nümayəndələri iştirak edib.

Tehsil-press.az


Oxşar xəbərlər