Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə “Ali təhsildə keyfiyyət təminatı” mövzusunda beynəlxalq forumun açılış mərasimi keçirilib.
Forum ali təhsildə daxili və xarici keyfiyyət təminatı, tədqiqat potensialının inkişafı, eləcə də ali təhsil müəssisələrinin əmək bazarı ilə əlaqələndirilməsi məsələlərini müzakirə etmək məqsədilə təşkil olunub.
Açılış nitqi ilə çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova agentlik tərəfindən keyfiyyət təminatı istiqamətində görülən işlər, əldə edilən nəticələr və gələcək planlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb. O bildirib ki, agentlik 16 ali təhsil müəssisəsində daxili və xarici keyfiyyət təminatına dair təlimlər təşkil edir və metodoloji xidmətlər göstərir. Ali təhsil müəssisələrinin akkreditasiyası əvvəllər akademiklər və ali təhsil müəssisələrinin nümayəndələri tərəfindən aparılırdı. Hazırda bu prosesə maraqlı tərəflər də cəlb olunub. Eyni zamanda, təhsildə keyfiyyət təminatının ölçülməsi istiqamətində beynəlxalq təcrübə öyrənilir. Agentlik Avropanın qabaqcıl ölkələrinin analoji təşkilatları ilə əməkdaşlıq əlaqələri qurub.
Təhsil naziri Emin Əmrullayev diqqətə çatdırıb ki, Azərbaycan təhsil məkanında Boloniya prosesi çərçivəsində həyata keçirilən islahatlar ali təhsilin keyfiyyətinin artmasına öz töhfəsini verib. Ali təhsildə keyfiyyət məsələsi təhsil sisteminin vacib tərəflərindən biridir. Bu sahədə irəliyə doğru addımlar atılmalıdır. Müstəqilliyimizin bərpasından sonrakı ilk illərə nəzər saldıqda hazırda qəbul yerlərinin sayının 3-4 dəfə artırıldığı müşahidə edilir. Kəmiyyət artımı keyfiyyət artımı üçün yeni çağırışlar yaradır. Ali təhsildə keyfiyyət anlayışı beynəlxalq standartlara cavab verməlidir.
Nazir qarşıda duran hədəflərdən biri olan Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təmin olunması üzrə Avropa Standartları və Təlimatlarının (ESG) tətbiqi və Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyaya (ENQA) tamhüquqlu üzvlük, eləcə də qeyd edilən istiqamət üzrə milli agentliklərlə əməkdaşlıq və təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.
Tədbirdə Latviyanın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Jolanta Silka, Böyük Britaniyanın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin direktoru Vicki Stott, Niderland Krallığının Akkreditasiya Təşkilatının direktoru Luut Kroes və Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin vitse-prezidenti Olgun Çiçek ali təhsildə daxili və xarici keyfiyyət təminatı sisteminin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlara uyğun təşkil edilməsindən danışıblar. Ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasında xarici keyfiyyət təminatının rolundan bəhs ediblər.
Eyni zamanda, Forum çərçivəsində TKTA ilə Birləşmiş Krallığın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Niderland Krallığının Akkreditasiya Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumlarda qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə, ali təhsildə Avropa standartları və təlimatlarına əsaslanan daxili və xarici keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsinə xüsusi diqqət ayrılıb. Bununla yanaşı, təhsildə keyfiyyət təminatı sahəsi üzrə həyata keçirilən layihələrdə və təcrübə mübadiləsində əməkdaşlıq məsələlərinə də toxunulub.
İki gün davam edəcək forumun ilk günündə panel müzakirələr zamanı keyfiyyət təminatı sahəsi üzrə Avropa və dünyanın qabaqcıl beynəlxalq təşkilatlarından olan nümayəndələrlə ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasında xarici keyfiyyət təminatının rolu, ali təhsil müəssisələrinin tədqiqat potensialının inkişafında xarici keyfiyyət təminatının rolu və digər məsələlər müzakirə olunub, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Forumun ikinci günü – mayın 6-da ali təhsil müəssisələrinin nümayəndələri (daxili keyfiyyət təminatı strukturunun əməkdaşları, dekan, tədris şöbələrinin müdirləri və s.) üçün beynəlxalq ekspertlər tərəfindən praktik vorkşoplar keçiriləcək.
Tehsil-press.az