Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Azərbaycan Universiteti arasında təlim xidmətinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən TKTA-nın peşəkar ekspertləri tərəfindən Azərbaycan Universitetinin əməkdaşlarına daxili keyfiyyət təminatına dair təlimlər keçirilməsi nəzərdə tutulur.
Təlimlərin əsas məqsədi Azərbaycan Universitetinin akademik heyətinə sillabusların hazırlanması və təlim nəticələrinin müvafiq standartlara uyğun olaraq yazılmasına dair geniş məlumat verməkdir.
Qeyd edək ki, təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək TKTA-nın fəaliyyət istiqamətlərindən biridir.

Tehsil-press.az


Oxşar xəbərlər